Bu gün Şəhid baş leytenant Hüseyn Nəcəfzadənin ad günüdür - hörmətlə anırıq
11-okt, 13:42 282 Gündəm / Cəmiyyət / SosialBu gün müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Ali Hərbi Məktəbin yetirməsi olan yüzlərlə peşəkar zabitin müstəsna xidmətləri vardır.
Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi təhsil ocağının yetirmələri respublikamızın ərazi bütövlüyünün qorunması və bərpasında fəal iştirak edib. Onlar həm Birinci Qarabağ, həm də İkinci Qarabağ – Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq, igidlik nümunələri göstərərək Azərbaycanın şanlı hərb tarixinə parlaq səhifələr yazıblar.
Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirməsi olan, baş leytenant, eləcə də ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan igidlərin sıralarında şəhid baş leytenant Hüseyn Nəcəfzadənin cənnətdəki doğum günü qeyd olundu. Azərbaycan Ordusunun nümunəvi zabitlərindən biri kimi üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib.
Hüseyn Nəcəfzadə Vətənə xidmət peşəsini – zabitlik peşəsini seçən silahdaşları kimi böyük arzularla yaşayırdı, bütün şəhidlərimiz kimi onun da qanı yerdə qalmadı, arzuları həyata keçdi, intiqamı döyüş meydanında alındı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu”.
Şəhid Hüseyn Nəcəfzadənin ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, Rayon İcra Hakimiyyətinin rəsmiləri və digər KİV nümayəndələri, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri Hüseyn Nəcəfzadənin məzarını ziyarət edib, qarşısına çələng qoyublar.
Şəhidimizin xatirəsi üçün ehsan süfrəsi verildi. Natiqlər məclisdə çıxış edərək şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib, Vətənə Hüseyn kimi igid oğul bəxş edən valideynlərə minnətdarlıqlar edildi. Şəhidin ruhuna Quran və dualar oxundu.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu günə şəhimizin toy günü qeyd olunmuşdur, lakin Allah onu özünün ən uca qatı sayılan şəhidlik zirvəsinə ucaltdı.
Allah rəhmət eləsin.
Jalə Eminova
"Zeferyolu.az"-ın redaktoru