"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi 44 günlük vətən müharibəsinin ildönümünü ilə bağlı "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirib
03-noy, 21:03 190 Gündəm / Cəmiyyət"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı , eyni zamanda xryirsevr şəxslərin
sosialb tərəfdaşlığı ilə 44 günlük vətən müharibəsinin ildönümünə həsr olunmuş Vətən Müharibəsi Əlilləri və veteranlara mənəvi dəstək yönümlü "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib."Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən xanım Qəyyumlu, Boccia İdman Federasiyasının Vitse Prezidenti İlham Məhərrəmov , Rusiyada yaşayan vətənpərvər, "Xan qızı Natavan" qrupunun rəhbəri Könül xanım, QHT rəhbərləri, Şəhid ataları adından şəhid atası Əli Nur, şəhid anaları adından şəhid anası Abdurrahmanova Mehriban xanım, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri çıxış ediblər. Çıxış edən hər kəs mənfur erməni vandalizminin törətdiyi təxribatlardan və otuz il işğal altında qalan torpaqlarımızın azad olunması üçün 27 sentyabr 2020 ci il tarixdə başlanılan əks hücüm əməliyatları zamanı Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirən rəşadətli Azərbaycan ordusunun misilsiz hünərindən danışıblar. 44 gün davam edən vətən müharibəsi zamanı Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərini , o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib , Şuşaya bayraq sancan qəhrəman oğullar işğalçı "Ermənistan" ordusunu sarsıdaraq xalqımızın 30 illik yurd, torpaq həstərinə son qoyduğunu xüsusi vurğulayıblar.Böyük qürurla deyə bilərik ki, əldə olunan, xalqımıza bəxş edilən bu zəfərdə torpaqlarımız uğurunda qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, vətən müharibəsi əlillərinə, veteranlara diqqət və qayğı göstərmək, onları gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur."Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən xanım Qəyyumlu çıxışı zamanı vurğulayıb ki, biz vətəndaş cəmiyyəti institutu olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandanı Cənab Prezident İlham Əliyevin xalqımza zəfəri sevincini yaşadan , düşmənə layiqli zərbələr endirən, iki əsrin sonunda tarixi yeniləyərək alınan torpaqların geri alınmasında böyük qəhrəmanlıq göstərərək adlarını tarixə qızıl hərflərlə yazan şəhidlərə vətən müharibəsi əlillərinə və veteranlara diqqət və qayğı yönümlü uğurlu siyasəti davam etdirir, vətən, dövlət qarşısında borcumuzu yerinə yetiririk.
Fərid Səfərov,Birliyin mətbuat katibi