AzTV-nin keçmiş sədri vəfat etdi

aztv-nin-kecmis-sedri-vefat-etdi
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, AzTV-nin keçmiş sədri Məmməd Murad dünyasını dəyişib. 
“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb:
“Məmməd Murad televiziyaya sədrlik etdiyi dövrdə (1991-1992) neçə-neçə uğurlu layihələr həyata keçirməklə yanaşı, bir sıra reformalara da imza atmışdır.
AKİ adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin”.