Paşinyan sülh sazişini onunla müzakirə etdi
28-sen, 11:47 57 Gündəm / Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, tərəflər görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıb, bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.





