Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi
25-okt, 10:51 202 HadisəMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.
Unikal.org məlumatına görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır.
Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.