Rafinya onu tənqid edənlərə cavab verdi

Rafinya onu tənqid edənlərə cavab verdi
"Barselona"nın yarımmüdafiəçisi Rafinya cari mövsümdəki çıxışı ilə bağlı tənqidlərə cavab verib.
 Oxu.Az-ın məlumatına görə, bu barədə "Blaugranes" məlumat yayıb.
 "13 matçda səkkiz qol vuraraq, ötən mövsümlə eyni səviyyədə olmadığımı düşünürsünüz? Həmişə ən yaxşı oyunuma qayıtmaq üçün çalışıram", - deyə futbolçu açıqlamasında bildirib.
 Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Rafinya bu mövsüm İspaniya La Liqasında 13 oyunda meydana çıxıb, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib.