Ulduz futbolçu İran üçün orduya qoşulmaq istəyir

ulduz-futbolcu-iran-ucun-orduya-qosulmaq-isteyir
Yunanıstanın “Olimpiakos” klubunun və İran Milli Komandasının ulduz futbolçusu Mehdi Taremi ABŞ və İsrailin İrana hücumlarından sonra ölkəsinə qayıtmaq qərarına gəlib.
“Qafqazinfo”nun məlumatına görə, hücumçu klub rəsmilərinə bildirib ki, ordu rəhbərliyi və hərbi komandanlığın yanında olmaq, silahlanmaq və İranı müdafiə etmək istəyir.
33 yaşlı Taremi qərarında qətiyyətli olduğunu bildirib:
“Bu, ölkəmin mənə ən çox ehtiyac duyduğu andır. Xalqım, vətənim təhlükədədir və mən orada olmalıyam”.
Vurğulanıb ki, İran Futbol Federasiyası oyunçunu Yunanıstanda qalmağa və karyerasını davam etdirməyə razı salmaq üçün səylər göstərir, lakin Taremi hələ də qərarını dəyişməyib.
Qeyd edək ki, Mehdi Taremi daha əvvəl “İnter” və “Porto”da da çıxış edərək, qolları və oyunları ilə dünya miqyasında məşhurluq qazanıb. Son zamanlarda isə “Olimpiakos”la Yunanıstan Super Liqasında effektiv çıxışı ilə diqqət çəkir.