“Zirə” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək
09-mar, 11:47 3 İdman
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha 2 oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, günün ilk oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək.
Matç saat 18:30-da başlayacaq.
Digər görüşdə isə “Neftçi” evdə “Turan Tovuz”la qarşılaşacaq.
Bu oyun isə 20:30-da start götürəcək.





