“Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
09-may, 11:25 10 İdman
“Neftçi” futbol klubuna FIFA tərəfindən tətbiq edilmiş transfer qadağası ləğv edilib.
Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qadağanın qoyulması texniki səhvlə bağlı olub və artıq problem həll edildiyindən qadağanı əks etdirən məlumat FIFA-nın rəsmi saytından silinib.
Qeyd edək ki, “Neftçi”yə qoyulan transfer qadağasının səbəbi futbolçulardan birinin transfer ödənişinin gecikdirilməsi idi. Klubun açıqlamasına görə, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.
Qadağanın ləğvindən sonra paytaxt təmsilçisi heyətinə yeni oyunçular qata biləcək.





