Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
09-dek, 17:48 84 İdmanAzərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, günün ilk görüşü Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası doğma arenasında “Kəpəz”i qəbul edib. Rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi sonuncu pilləni ona təhvil verib. Adil Şükürovun komandasında 6 və 72-ci dəqiqələrdə Georgi Papunaşvili, 70-ci dəqiqədə isə Adama Niane fərqləniblər. “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 50-ci dəqiqədə qırmızı vərəqə alıb.
Bu nəticə ilə xallarının sayını 13-ə çatdıran “Kəpəz” 9-cu pilləyə yüksəlib. “Qəbələ” isə 11 xalla sonuncu yerə düşüb.
Qeyd edək ki, turun ilk oyununda ötən gün “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. Digər matçlar isə bu gün və dekabrın 10-da keçiriləcək.