EEVZA: Azərbaycanın U-20 millisi üçüncü oyununu keçirəcək
13-yan, 12:20 87 İdman20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.
Oxu.Az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Latviya ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda daha əvvəl Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.