“Spartak”a türkiyəli məşhur məşqçi rəhbərlik edə bilər
22-apr, 09:48 63 İdmanRusiyanın “Spartak” futbol klubu türkiyəli mütəxəssis Okan Buruku komandanın baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirir.
Məlumata görə, “Spartak” artıq “Qalatasaray”a rəhbərlik edən Burukla əlaqə saxlayıb və ona 2 illik müqavilə təklif edib.
Xatırladaq ki, aprelin 14-də “Spartak”ın rəhbərliyi ispaniyalı baş məşqçisi Gilyermo Abaskalın istefaya göndərilməsi barədə qərar qəbul edib. Bosniyalı Vladimir Sliskoviç baş məşqçi əvəzi olub.
Qeyd edək ki, Burukun 50 yaşı var və o, 2022-ci ildən “Qalatasaray”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2023-cü ildə Türkiyə çempionu olub.
Buruk futbolçu karyerası ərzində Türkiyənin “Qalatasaray”, “İstanbul Başakşehir”, “Beşiktaş” və İtaliyanın “İnter” klublarında çıxış edib. O, “Qalatasaray”la birlikdə 7 qat Türkiyə çempionu, 2000-ci ildə UEFA Kubokunun və Superkubokunun qalibi olub. Türkiyə millisinin heyətində Buruk 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının bürünc mükafatçısı olub. O, həm də Türkiyə millisinin Avropa çempionatında ilk qolunun müəllifidir: 2000-ci ildə Buruk qrup mərhələsinin ilk turunda İtaliya yığması ilə matçda (1:2) qol vurub.
Mənbə: Oxu.az