“Kəpəz” baş məşqçisini göndərdi
29-avq, 14:11 185 İdman
“Kəpəz” Futbol Klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, A.Şükürov 9 ay idi “Kəpəz”də baş məşqçi idi.






