İnciyirik səndən...
04-okt, 10:03 23 İdmanXəbər verdiyimiz kimi, UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” Liqa mərhələsinin I turunda “Tottenhem”ə, ötən gün isə II turunda qarşılaşdığı “Malmö” klubuna məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın ardıcıl məğlubiyyəti azarkeşləri məyus edib.
Məyus azarkeşlər arasında Mətbuat Şurasının sədri Rəşad Məcid də yer alıb. Belə ki, o, təmsilçimizin məğlubiyyəti ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
“Qarabağ”dan incidim.
Bayaqdan fikirləşirəm ki, “Qarabağ”ın məğlubiyyətinin yaratdığı ovqatı hansı söz daha dolğun ifadə edər? Yenə hərlənib-fırlanıb “incimək” sözü beynimdə peyda olur. Bəlkə ən doğrusunu elə feillər içindən boy verən “incimək” ifadə edir? Gücün çatanı etməyə çalışmayanda, etməyəndə inciyirlər.
“Qarabağ” laqeyd və biganə olub elə bil. Qələbəyə ürəkdən can atmır, qələbəni dəlicəsinə arzulamır. Həvəssiz və yorğundu. Buna görə də ən uyğun gələn söz inciməkdir elə. İnciyirik səndən, “Qarabağ”!”, - deyə R. Məcid qeyd edib.