“Milan”ın tarixinə düşdü

“Milan”ın futbolçusu Françesko Kamarda klubun tarixinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, 16 yaşlı italiyalı hücumçu Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçirilən “Milan” – “Brügge” (3:1) oyunun 75-ci dəqiqəsində meydana daxil olaraq klubunun tarixində matçda iştirak edən ən gənc futbolçu olub.
O, bu yaşda (16 il, 226 gün) debüt edərək Çempionlar Liqasında oynayan ən gənc futbolçular siyahısında 7-ci olub.