Arturo Vidal cinsi təcavüzdə ittiham olunur

arturo-vidal-cinsi-tecavuzde-ittiham-olunur
“Barselona”, “Yuventus” və “İnter” klubunun sabiq yarımmüdafiəçisi Arturo Vidal və onun “Kolo-Kolo” klubundakı komanda yoldaşları cinsi təcavüzdə ittiham olunub.
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bildirilib ki, şikayət edən qadın Çilidəki barların birində cinsi təcavüzə məruz qaldığını bildirib. Yarımmüdafiəçidən başqa bu işdə bir neçə futbolçu da iştirak edib.
Məlumata görə, hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Futbolçu şəxsiyyətinin yoxlanılması üçün polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, “Real Madrid”in ulduz futbolçusu Kilian Mbappe İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.