“Turan Tovuz” “Sabah”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Turan Tovuz” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.
Turun son matçı isə “Sumqayıt”la “Şamaxı” arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə “Kəpəz” “Araz-Naxçıvan”a (0:2), “Səbail” isə “Qarabağ”a (0:3) uduzub, “Neftçi” “Zirə”yə (2:1) qalib gəlib.