Vaskes “Real”dan gedir
14-may, 09:43 31 İdman
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
33 yaşlı müdafiəçi klublararası dünya çempionatından sonra Madrid klubundan azad agent kimi ayrılacaq.
Qeyd edək ki, ispaniyalı futbolçu 2007-ci ildən “Real”ın şərəfini qoruyur. O, əsas komandada 398 oyun keçirib, dörd dəfə İspaniya çempionu, beş dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.