Xaçmazda motosiklet Şabran sakinini vuraraq öldürüb
22-may, 08:01 318 Kriminal
Xaçmaz rayonunun Çənlibel parkında motosiklet piyadanı vuraraq öldürüb.“Report”un şimal bürosunun məlumatına görə, Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Quliyev Tofiq Məmmədqulu oğlu yolu keçərkən motosiklet onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





