Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi

Sentyabrın 8-i saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.