3 yaşlı uşaq su vannasında boğuldu
10-mar, 10:44 482 Kriminal
Balakəndə azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.“Qafqazinfo”nun məlumatına görə, Hənifə kənd sakini 2022-cü il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub.
Uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





