Mağazadan aldığı geyimin pulunu verməyib satıcını bıçaqla hədələdi
29-mar, 14:57 294 Kriminal
Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb.“Qafqazinfo” xəbər verir ki, mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.
Polisin keçirdiyi tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.





