Bakıda dərzi iş yerində öldü
07-iyl, 15:38 147 Kriminal
Bakıda dərzi işlədiyi sexdə vəfat edib.“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib.
Orada işləyən Ucar rayon sakini 1972-ci il təvəllüdlü A.Abdullayevin halı qəfil pisləşib. İlkin tibbi yardım göstərilsə də, 53 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





