Naxçıvanda polis nəfəri vəfat edib
28-iyl, 15:34 211 Kriminal
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq, bir müddət sonra vəfat edib.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.





