Beyləqanda ağır qəza - Ölən var

beyleqanda-agir-qeza
Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, “Lexus” və “BMW” markalı avtomobillər toqquşub.
Qəza zamanı “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.