Hikmət Hacıyev Yuri Qusevlə görüşüb
14-yan, 17:55 4 Siyasət
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə səfir "X"də paylaşım edib.
"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə məhsuldar görüş keçirilib. 2025-ci ilin nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar müzakirə olunub. Azərbaycanın Ukraynaya göstərdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edilib", - deyə o bildirib.





