Köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb
29-yan, 14:21 5 Siyasət
Keçmiş məcburi köçkünlərin daha bir qrupu Zəngilanın Məmmədbəyli kəndinə qayıdıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 26 ailə (142 nəfər) köçürülüb.
Qeyd edək ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.





