Yeni Azərbaycan Partiyasının VIII qurultayı – sabaha doğru addımlar


Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab  İlham Əliyev tədbirdə nitq söyləyib.
Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə doğruldub.
Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai – siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. VI qurultaydan ötən üç il müddətində ciddi irəliləyişlər əldə edən dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşkilatın tarixində növbəti dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. İlk dəfədir ki, qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi.  Partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.VIII Qurultayın əsas siyasi mesajljarından biri də məhz budur:  Zəfər son deyil, yeni məsuliyyətlərin başlanğıcıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın qarşısında daha geniş inkişaf perspektivləri açır. Dövlətçiliyin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli həmrəyliyin saxlanılması və gələcək nəsillərə daha güclü Azərbaycan dövlətinin ötürülməsi əsas vəzifələr olaraq qalır. Bu baxımdan YAP-ın VIII Qurultayı keçmişə hesabat verməklə yanaşı, siyasi irsin gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdardır.
Günay İbrahimova, 
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı