Elçin Babayev vəzifəsindən azad olundu
19-noy, 10:50 15 Siyasət
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, E.Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi. 2024-cü il martın 27-də isə növbəti 5 il müddətinə yenidən rektor təyin olunub.





