Azərbaycan səfiri: “Qarabağdakı minalar böyük humanitar problemdir”
23-iyn, 11:09 117 Siyasət“Qarabağ ərazisinə səpələnmiş minalar böyük humanitar problemdir”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov İtaliyanın “Agenzia Nova” informasiya agentliyinə açıqlamasında deyib.
“Otuz ilə yaxın işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazilərində 1,5 milyondan çox mina basdırılıb. Həmin torpaqlar işğaldan azad edildikdən sonra bu günədək ərazinin yalnız 10 faizdən bir qədər çox hissəsi minalardan təmizlənib. Beynəlxalq təşkilatların rəyinə görə, ərazilərin minalardan təmizlənməsinə onilliklər lazımdır”, - deyə səfir qeyd edib.
İlqar Muxtarov vurğulayıb ki, bu böyük humanitar problem otuz il əvvəl evlərini tərk etmək məcburiyyətində qalan insanların öz yurd-yuvalarına geri qayıtmasına imkan vermir. Həmçinin bu vəziyyət həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə də maneə yaradır. Çünki bu ərazilərdə görüləcək iş çoxdur və minaların olması böyük təhlükədir.