Qərbi Azərbaycan İcması: “Argentina lideri diqqətini öz ölkəsinin ağır problemlərinin həllinə yönəltməlidir”
10-sen, 11:46 95 Siyasət“Qərbi Azərbaycan İcması Argentina Prezidentinin 2023-cü il 9 sentyabr tarixli qərəzli fikirlərini kəskin şəkildə pisləyir”.
Bu barədə İcmanın yaydığı bəyanatda bildirilir:
“Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya Luis Okampo, Xuan Mendez kimi son vaxtlar “parlamaqda” olan azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir.
Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırır. Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”.