Laçın sakini: “Bu günləri görmək üçün çox qurbanlar vermişik”
14-noy, 09:36 212 Siyasət“Qarabağımız bizim şah əsərimizdir, əsərimizin bütün görünən və görünməyən qəhrəmanlarına borcluyuq, onlara öz minnətdarlığımızı bildiririk”.
Bunu Oxu Az-a açıqlamasında keçmiş məcburi köçkün Güladə Tağıyeva bildirib.
O qeyd edib ki, bu gün onlar üçün xüsusi əlamətdardır:
“Bu gün çox sevincliyik. Bunu sözlə ifadə etmək çətindir. Bu günləri görmək üçün çox qurbanlar vermişik. Bu sevinci bizə yaşadanların qarşısında baş əyirik. Qəhrəmanlarımıza, Ali Baş Komandanımıza, birinci vitse-prezidentimizə, şəhidlərimizə, qazilərimizə minnətdarıq”.
Xatırladaq ki, bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən daha 10 ailə - 40 nəfər Laçın şəhərinə yola salınıb.
Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin - 1 205 nəfərin köçü təmin edilib.