Qara Abdullayev: İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır


Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə polis mayoru Qara AbdullayevAzərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır. Son 18 il ərzində dövlət başçısının uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasına səbəb olub. Dövlət başçısının həyata keçirdiyi güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu hərb tarixində yeni səhifə olan 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.
Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə bitdikdən sonra işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri və orada imzalanan Şuşa Bəyannaməsi iki qardaş, dost ölkənin əlaqələrinin möhkəm təməl üzərində qurulmasının təzahürüdür. Türkiyə Prezidentinin Füzuliyə və Zəngilana səfəri mövcud əlaqələrin davamlığının göstəricisidir. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq hava Limanında ilk rəsmi qarşılanması tarixi hadisəyə çevrildi. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş ölkənin prezidentinin iştirakı dünyaya daha bir mesaj oldu.
Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu və ya digər mərasimlərdə birgə iştirak etməsi faktı gələcək uğurlarımıza yönəlib. Bu, ilk növbədə Azərbaycan-Türkiyə əməkdaşlığının çox yüksək səviyyədə olmasını göstərməklə yanaşı, tarixi köklərə əsaslanan dostluq və qardaşlığa bağlıdır. Vətən müharibəsi başlanan zamandan Azərbaycanın yanında olan Türkiyə bu gün də müharibədən sonrakı dövrdə işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərində dövlətimizə dəstəyini əsirgəmir.