“Mənə dəymə, mən də sənə dəymərəm” - İlham Əliyev
07-iyn, 10:39 67 Siyasət“Bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır. Macarıstana qarşı sanksiyalar tətbiq edildi? Edildi. Macarıstana çatacaq vəsaitdən Macarıstan məhrum edildi? Edildi. Nə üçün? Çünki Macarıstan ənənəvi dəyərləri müdafiə edir. Öz əhalisini müdafiə edir. Zərərli təsirdən öz gənclərini qoruyur. Ailə dəyərlərini ən yüksək dəyər kimi bəyan edir. Buna görə bu ənənəvi dəyərlərə qarşı olanlar və dünyanı uçuruma aparanlar Macarıstana qarşı sanksiyalar tətbiq edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrainin çıxışına münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, bu, ağlasığmaz bir məsələdir:
“NATO-nun üzvü olasan, Avropa İttifaqının üzvü olasan, Avropanın mərkəzində yerləşəsən, öz siyasətini aparmaq istəyən bir ölkəyə sanksiya tətbiq edilir. Bəs, demokratiya haradadır? Hamı eyni fikirdəmi olmalıdır? Hamı orada bəzi Qərb ölkələrində oturanların sözü iləmi oturub-durmalıdır? Kim onlara bu haqqı qazandırır? Onların keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox. Ona görə Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir. Biz burada yerləşmişik, biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də heç kim bizi oraya buraxmazdı. Ona görə biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq. Amma Macarıstan orada yerləşir və hər gün təzyiqlərə məruz qalmaq nə qədər çətindir, bunu mən bilirəm. İndi Macarıstan Avropa İttifaqına sədrlik edəcək. İndidən artıq Macarıstana qarşı plan cızılır ki, bu sədrlik, necə deyərlər, sarsılsın və bu sədrlikdən Macarıstan necə məhrum edilsin”.