Tələbə təhsil kreditini bu müddətdə qaytaracaq - RƏSMİ

Tələbə təhsil kreditini bu müddətdə qaytaracaq - RƏSMİ


Azərbaycanda təhsil tələbə krediti uzunmüddətli olacaq.

“Bunu nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu təhsilin səviyyəsindən asılı olacaq: “Tələbə təhsil müddətində krediti hər semestr almaqda davam edir və təhsil müddətində tələbədən hər hansı ödəniş təlləb olunmur. Həmin müddətdə tələbənin götürdüyü kreditə görə faizlər hesablanmır. Əksər ölkələrdə isə bu, belə deyil”.

Nazir müavini qeyd edib ki, təhsil müddətindən sonra tələbəyə 2 illik güəşt dövrü verilir: “Bu, tələbənin təhsildən əmək bazarına keçid etməsi üçün verilir. Bu dövrdə də kreditə hər hansı bir faiz hesablanmır”. 

“Bu müddət bitdikdən sonra kreditin getri qaytarılması dövrü başlayır. Bu 10 illik bir müddətdir. Həmin dövrdə annuitet hesablama qaydasında bərabər ödənişlə hər ay tələbə həm əsas məbləği, həm də faizi qaytarmalıdır. 

Həmçinin kreditin qaytarılma müddətində bəzi hallarda tələbəyə möhlət verilə bilər. Bu da 2-4 ili əhatə edə bilər”, - deyə i. İsayev əlavə edib.