Neftçalada iki motosiklet toqquşdu: Xəsarət alanlar var

Neftçalada yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Bankə qəsəbə sakini 1995-ci il təvəllüdlü Əli İnqilab oğlu Məmmədovun idarə etdiyi motosiklet Neftçala şəhər sakini 1954-cü il təvəllüdlü Cavanşir Xəlil oğlu Yusifovun idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində hər iki motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.