Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, 2004-cü il təvəllüdlü Əli Vüqar oğlu Kazımov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.