Biləsuvarda ev yanıb

Biləsuvar şəhərində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, yaxınlıqdaki tikililər yanğından mühafizə olunub.
“Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə nazirlikdən bildirilib.