Respublika stadionundan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişdi
13-dek, 12:28 75 CəmiyyətTofiq Bəhramov adına Respublika stadionunun tavanının çökməsindən sonra təmir zamanı yıxılan fəhlə ölüb.
“Qafqazinfo” xəbər verir ki, stadionun tavanından yıxılan fəhlə, 1968-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanada vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Stadionun direktoru Tələt Məmmədov açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib:
“Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hakken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, sözügedən hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış daxil olmayıb.