Ağstafada qəza olub, xəsarət alan var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.
Kənd ərazisində baş verən qəza zamanı 1997-ci il təvəllüdlü Ç.İsayev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.