Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Talabıqışlaq kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.
18-apr, 10:42 93 Gündəm / Bölgə"İfaedtv.com" xəbər verir ki, "Narkomaniya ümumbəşəri bəladır!" devizi altında keçirilən tədbirdə çıxış edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlamlığı baxımından ciddi təhlükə törədir. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Şöbə rəisi qeyd edib ki, sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.
Çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Sondo müzakirə olunan mövzularla bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.