Bakı sakini dava zamanı bıçaqlanıb
24-apr, 08:02 189 Cəmiyyət
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Cabit Canpolad oğlu Əhmədov tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.





