Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb.
 "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.
 Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Bakı şəhərində olduğu müəyyən edilib.