Çində tənha yaşayanlar üçün "Öldün?" mobil tətbiqi populyarlıq qazanıb
12-yan, 08:08 0 Dünya
Çində getdikcə artan tənhalıq problemi və "yalnız yaşamaq" trendi texnologiya dünyasında maraqlı bir yeniliyin yaranmasına səbəb olub.
Oxu.Az bu barədə "Guangzhou Ribao" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, Çində tənha istifadəçilər üçün nəzərdə tutulan "Öldün?" adlı tətbiq ölkədə böyük populyarlıq qazanıb.
Qeyd olunur ki, bu proqram Çinin "AppStore" mağazasında pullu tətbiqlər reytinqində birinci yeri tutub. Proqramın qiyməti təxminən bir dollardır.
Tətbiq hər gün müəyyən saatda istifadəçiyə "Hər şey qaydasındadır?" sualı ilə bildiriş göndərir. Bildirişdə istifadəçiyə xatırladır ki, əgər o, iki gün ərzində tətbiqdə sağ olduğunu təsdiqləməsə, sistem növbəti gün bu barədə əlaqədar şəxsə elektron poçt vasitəsilə bildiriş göndərəcək.
Bu tətbiq xüsusilə tənha yaşayan yaşlılar və ya yaxınlarından uzaqda olan gənclər üçün "təhlükəsizlik şəbəkəsi" funksiyasını yerinə yetirir.





