İnsan orqanizmində dəmir çatışmazlığının qeyri-adi əlamətləri
12-yan, 08:15 2 Dünya
"Dərinin solğunlaşması dodaqların göyərməsi, dırnaqların kövrəkləşməsi və saç tökülməsi ilə birlikdə müşahidə olunarsa, eləcə də təbaşir, buz və torpaq yemək istəyi yaranarsa, bu hallar dəmir çatışmazlığının klinik əlaməti ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı həkim Svetlana Burnatskaya deyib.
Onun sözlərinə görə, narahatedici əlamətlərə daimi yorğunluq, diqqətin azalması, ağız künclərində çatlar, dad hissinin pozulması, cüzi fiziki yüklənmədə təngnəfəslik, taxikardiya, dəri və saçların quruluğu daxildir.
Həkim vurğulayıb ki, xroniki stres, yuxusuzluq və aktiv həyat tempi dəmirin sorulmasına da təsir göstərir.
Burnatskaya dəmir çatışmazlığını aradan qaldırmaq üçün mal ciyəri, mal əti, midiyalar, mərcimək, qarabaşaq, balqabaq tumu və küncüd qəbul etməyi məsləhət görüb: "Laborator təsdiq olmadan dəmirtərkibli preparatların profilaktik qəbulu tövsiyə edilmir: dəmirin artıq miqdarı toksikdir və oksidativ stresə səbəb ola bilər".





