Ən böyük kriptovalyuta birjası rusiyalılar üçün qapılarını bağladı

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Rusiya vətəndaşlarının P2P xidməti vasitəsilə dollar və avro alqı-satqı imkanlarını məhdudlaşdırıb.
Bu addım Aİ-nin Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketinin tətbiqi ilə izah edilib.
Birja təkcə rusiyalılara deyil, eləcə də Rusiyada yaşayan hər hansı fiziki şəxslərə P2P xidməti vasitəsilə dollar və avro alqı-satqısını qadağan edib.
Bundan əlavə, “Binance” Aİ vətəndaşları üçün də P2P vasitəsilə rubl almaq və satmaq imkanını aradan qaldırıb.
Qeyd edək ki, “Binance” və digər kriptovalyuta birjalarının P2P xidmətləri adi SWIFT köçürmələri çətinləşdikdən sonra rusiyalılar tərəfindən xaricə pul köçürmə vasitəsi kimi fəal şəkildə istifadə olunurdu.
Mənbə: Oxu.Az