BMT: “İranda bu il ən azı 209 nəfər edam olunub”
10-may, 08:39 124 DünyaBMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İranda edamların sayının çox olmasından narahat olduğunu bildirib və hakimiyyəti əksər ölkələrdən nümunə götürərək ölüm hökmünü ləğv etməyə çağırıb.
Onun sözlərinə görə, bu il İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilir ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.
“Yanvarın 1-dən indiyədək ən azı 209 nəfər edam edilib, onların əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə ittiham olunanlar üstünlük təşkil edib. Üstəlik, edam edilənlər arasında qeyri-mütənasib sayda müxtəlif azlıqların nümayəndələri də var”, - BMT rəsmisi qeyd edib.
İnsan Hüquqları üzrə Ali Komissar vurğulayıb ki, şəffaflığın olmaması səbəbindən edamların dəqiq sayı məlum deyil və real rəqəmin daha çox olacağı ehtimal edilir.
“Təəssüf ki, İran keçən il təxminən 580 nəfərin edam edildiyi eyni yoldadır. Bu, xüsusilə ölüm hökmünün ümumdünya ləğvi üçün artan konsensus nəzərə alınmaqla, dəhşətli rəqəmdir”, - Türk deyib.
Mənbə: Oxu.Az