Cənubi Koreya koronavirusla bağlı bütün icbari tədbirləri aradan qaldırır

Cənubi Koreyada koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən bütün icbari tədbirlər, o cümlədən məcburi təcrid iyunun 11-dən götürüləcək.
Bu barədə dövlət başçısı Yun Sok Yol elan edib.
“Xəstəxanalar istisna olmaqla, bütün yerlərdə maska ​​taxmaq tələbinin ləğv edilməsi qərara alınıb”, - deyə prezident əlavə edib.
Həmçinin qeyd olunur ki, məcburi yeddigünlük təcrid beşgünlük karantinlə əvəz olunacaq və bu, həkimlər tərəfindən tövsiyə kimi təyin ediləcək.
Mənbə: Oxu.Az