Netanyahu “İslami Cihad”ın bütün rəhbərliyinin məhv edildiyini açıqladı
15-may, 08:37 146 Dünyaİsrail “İslami Cihad” təşkilatına qarşı beş günlük “Qalxan və ox” əməliyyatını başa çatdırıb. Əməliyyat zamanı Qəzzada “İslami Cihad”ın bütün rəhbərliyi məhv edilib.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu elan edib.
O, missiyanı “həqiqətən mükəmməl” adlandırıb.
“Terror təşkilatı “İslami Cihad”a qarşı 5 günlük döyüşü uğurla başa vurduq. Əməliyyat başlamazdan əvvəl müdafiə naziri ilə mən ÇAXAL və ŞABAK-a iki sözlə göstəriş verdik: təşəbbüs və qəfillik. Baş Qərargah rəisini və ŞABAK-ın rəisini də iki sözlə təbrik etdim: əla iş.
Biz tam qəfillik və daimi təşəbbüslə Qəzzada bütün “İslami Cihad” rəhbərliyini aradan qaldırdıq", - deyə hökumət başçısı bəyan edib.
Onun sözlərinə görə, əməliyyat nəticəsində onlarla terrorçu məhv edilib, 17 “Cihad” qərargahı, raket anbarları, tank əleyhinə ekipajlar və s. dağıdılıb.
Mənbə: Oxu.Az