Rusiyada Xoşbəxtlik Nazirliyi yaradıla bilər
07-noy, 08:36 95 DünyaRusiyada ümumbəşəri xoşbəxtlik haqqında qanun qəbul edilməli və müvafiq nazirlik yaradılmalıdır.
Bu təkliflə Federasiya Şurasının sədri Valentina Matvienko çıxış edib.
“Mən təklif etdim ki, gəlin Rusiyada Xoşbəxtlik Nazirliyi yaradaq. Bu idarə hər bir yeni qanun və ya yeni hökumət fərmanının insanları nə dərəcədə sevindirməsini yoxlayacaq qurum olmalıdır”, - Matvienko “Rusiya” sərgisi çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.
O, bu məsələ ilə bağlı böyük dəstək qrupuna malik olduğunu qeyd edib.
Xatırladaq ki, hələ 2018-ci ildə Matvienko yaşlı insanlarla işləyə bilən Tənhalıq Nazirliyi yaratmağı təklif etmişdi.
Mənbə: Oxu.az